Kürdəmirdə ölümlə nəticələnən qəza olub


19:14     06 Dekabr 2019 2019/12/qeza_gece_1575638155.jpg

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, rayonun Sığırlı kəndi ərazisində Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının avtomobilində olan sərnişinlərdən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 652