Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
17:29 06 Dekabr 2019
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək, orada düşərək getdiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
- Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - FOTO
- Taksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik
- Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
- Taksi və avtobuslarda maska taxmayan 140 nəfər cərimələndi
- Taksidə maskasız oturmaq qadağan edildi
- Taksi postda polis və hərbçini vurub - Cinayət işi açıldı
- Taksilərlə bağlı qadağa bu gündən başlayır