"Elektron növbə" layihəsinin tətbiqinə başlanılıb - VİDEO


17:52     06 Dekabr 2019 gomruk1.jpg

Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə "Elektron növbə" layihəsinin tətbiqinə başlayıb.


Komitədən Femida.az-a verilən məlumata görə, şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilərlər.

"Elektron növbə" layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur:

1. "Elektron növbə" (e-növbə);

2. "Sürətli keçid" (Fast Track);

3. "CİP xidmətləri".

Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçirsiniz. Bu zaman açılan "Sürücü haqqında məlumat" pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir.

Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra "Nəqliyyat vasitəsi haqqında məlumat" bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra "Digər məlumatlar" bölməsində istifadə edəcəyiniz gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır.



Femida.az

Açar sözlər:

Oxunub: 768