Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
09:45 07 Dekabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Oxunub: 483
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"