Azərbaycan vətəndaşlığını necə əldə etmək olar? - Hüquqi YARDIM


11:05     07 Dekabr 2019 19_12_07_1575702312.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti məqaləni davam etdirir. Bu dəfəki mövzumuz Azərbaycan vətəndaşlığına qəbul edilməklə bağlıdır.

Bu il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin 355 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında sərəncam imzaladı və Dövlət Miqrasiya Xidməti həmin şəxslərin vərəndaşlığa qəbulu prosesini apardı.

Azərbaycan vətəndaşlığına qəbul prosesi hansı qanunvericilik çərçivəsində aparılır?

Suala Vəkillər Kollegiyasının üzvü, vəkil Əsəd Əhmədli aydınlıq gətirib. Onun sözlərinə görə, beynəlxalq hüquqda vətəndaşlığın əldə edilməsinin iki əsas növü istifadə olunur. Bunalr filiasiya və naturalizasiyadır:

“Filiasiya vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada iki prinsip var. - qan hüququ və
torpaq hüququ. Naturalizasiya isə onu ehtiva edir ki, şəxs ən azı 7 il Azərbaycanda yaşamalı, Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməlidir və s. Konstitusiyanın 52-ci maddəsində göstərilib ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.



Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilmə əsaslarını aşağıdakı kateqoriyalara bölmək olar:

Birincisi kateqoriya Azərbaycan Respublikasının ərazisində (hər iki valideyni əcnəbi olan və ya valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olanlar istisna olmaqla), və ya Azərbaycan Respublikasının vətəndaşından doğulmuş, habelə hər iki valideyni vətəndaşlığı olmayan şəxslərdən və ya Azərbaycan Respublikasının ərazisində olan, lakin hər iki valideyni naməlum olan uşaqlar Azərbaycan vətəndaşı sayılır. Azərbaycan Respublikasında ərazisində (Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında 30 sentyabr 1998-ci il tarixli 527-İQ nömrəli Qanununda göstərilmiş istisnalar nəzərə alınmaqla) və ya valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikası vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxslərə münasibətdə (qan hüququ) vətəndaşlığın alınması proseduru sadədir.

İkinci kateqoriya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilən şəxslər (Əsas: Azərbaycan Respublikasının Vətəndaşlıq haqqında Qanunun 11-ci,12-ci, 13-cü maddələri). Miqrasiya Məcəlləsinin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (Miqrasiya Məcəlləsinin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almalı (5 illik icazə) və həmin 5 illik müddət ərzində müddət ərzində fasiləsiz olaraq qanuni əsaslarla ölkə ərazisində daimi yaşamalı, habelə qanuni gəlir mənbəyinə malik olmalıdır. Son olaraq Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #miqrasiya   #vətəndaş   #qanun   #hüquq   #femida   #vəkil  

Oxunub: 2171