Bakıda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır


11:12     07 Dekabr 2019 1398947325_mehkeme.jpg

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Femida.az -ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il iyunun 20-də Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni N.Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.

Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

E.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 559