Gəncə, Bərdə və Kürdəmir polisləri də ağacəkmə aksiyasına qoşuldu


16:43     07 Dekabr 2019 19_12_07_1575706672.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncə, Kürdəmir və Bərdə polisləri də aksiyaya qoşulub.

“Təbiətə öz töhfəni ver” devizi altında keçirilən aksiya zamanı Gəncədə 10 mindən artıq ağac əkilib. Ağacəkmə aksiyasında Gəncə Şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının əməkdaşları da fəal iştirak ediblər. Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib. Yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.

Kürdəmir rayonunda keçirilən ağacəkmədə RPŞ-nin rəisi, polis polkovniki Sultan Zeynalov və şöbənin bütün şəxsi heyəti iştirak edib.



​Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində polis əməkdaşları tərəfindən 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib. Bundan əlavə, kənd ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Bərdə rayonunda da ağacəkmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev və şöbənin bütün şəxsi heyəti iştirak edib.

Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 120 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.



Polis əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.

Femida.az

Açar sözlər: #polis   #ağac   #DİN  

Oxunub: 1126