Bakı-Şamaxı-Yevlax yolunda qəza olub


14:12     07 Dekabr 2019 19_12_07_1575707438.jpg

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadidəsi baş verib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı VAZ 21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.

Xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.

Açar sözlər:

Oxunub: 668