Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub


13:19     07 Dekabr 2019 hebs5.jpg

Bakıda qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 3-də Bakı şəhər sakini T.İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini B.İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 652