DİN metroda azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumatlara münasibət bildirdi
19:55 07 Dekabr 2019
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir.
“Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə, məlumatda qeyd edilib.
Xatırladaq ki, sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb.
Femida.az
Oxunub: 953
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib