Ölümlə nəticələnən daha bir yol qəzası


21:55     07 Dekabr 2019 2019/12/C2734491-1CB8-4F26-B2B6-1D781D1E576F_1575741375.jpeg

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi “Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 553