Həbsdə olan şirkət rəhbərinin oğlunun apellyasiya şikayəti təmin edilməyib
09:36 08 Dekabr 2019
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Femida.az-ın xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, L.Qasımov həbsdə olan “Real MTK”nın rəhbəri İlham Qasımovun oğludur. İttiham aktına görə, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. İstintaq dövründə onların barələrində həbs qətimkan tədbiri seçilməmişdi. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş apellyasiya şikayəti veriblər.
Daha əvvəl “Real MTK”nın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
- Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib, əmlakının üzərindən həbs götürülüb
- Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
- Həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verib
- Həbsdə olan partiya sədrinin apellyasiya şikayəti icraata verilib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
- Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək