İcra nümayəndəsi qəza törətdi - Ölən və yaralı var
12:25 08 Dekabr 2019
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb. Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır. (Report)
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?
- İcra başçısının sabiq xanım müavini məhkəmə zalında HƏBS OLUNDU
- İcra başçısı özünə yeni köməkçi təyin edib
- İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
- İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- İcra başçısının bacısı oğlu həbs edilib
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib
- İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
- İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi