Yevda Abramovla vida mərasimi keçirilir


12:50     08 Dekabr 2019 2019/12/DDA68EF0-A676-4780-95DB-D9D1DEBB6C1F_1575795080.jpeg

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

Femida.az-In məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə
paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 446