İsmayıllıda ağır yol qəzası olub


15:58     08 Dekabr 2019 ambulans06iyul.jpg

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər - 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 227