ABŞ tanınmış iranlı alimi azad edib


16:47     08 Dekabr 2019 19_12_08_1575809273.jpg

ABŞ İranın molekulyar fizika üzrə tanınmış alimi Məsud Süleymanini azad edib.

Razılaşmaya əsasən, Məsud Süleymaninin azad edilməsi müqabilində İran 2016-ci ildə həbs olunan Syuzan Van adlı tələbəni sərbəst buraxıb.

M.Süleymani azad olunan gün İrana qayıdıb. Onu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və dostları qarşılayıblar.

Qeyd edək ki, 2018-ci ildə Minnesota ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən heç bir iddia irəli sürülmədən həbs edilən alim Vaşinqtona gətirilərək həbsxanalardan birində saxlanılırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 213