Məktəb direktorunun qızı özünü binadan atıb


09:33     09 Dekabr 2019 intihar.jpg

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 1992-ci il təvəllüdlü Qırtımova Sevinc İlham qızı kirayə yaşadığı binadan özünü atıb. Avtomobilin üzərinə düşən qız hadisə yerində keçinib.

İntiharın motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, intihar edən S.Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır. (APA)

Açar sözlər: #intihar  

Oxunub: 637