Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı


09:54     09 Dekabr 2019 2019/12/trend_car_crash_091219_(5)_1575871138.jpg

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın Trend-də istinadən xəbər verir ki, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 371