Faciəli şəkildə ölən korpus komandiri - General Məmmədovun vəfatından 17 il ötür


10:21     09 Dekabr 2019 19_12_09_1575872477.jpg


Mərhum general-mayor Fikrət Məmmədovun vəfatından 17 il keçir.

Azərbaycan Silahlı Qüvvələrinin generalı, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub.

1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və Neüft İstehsalı fakültəsinə daxil olub. Lakin İnstitutun 2-ci kursunun birinci semestrini bitirən Fikrət sənədlərini geri geri götürür. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyir və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olur.

1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən general, sonralar 1990-1993-cü illərdə M.Frunze adına Hərbi Akademiyada təhsil alır.

1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanır. Az sonra briqada komandiri təyin olunur. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alır.

"Qırmızı Ulduz" və "Azərbaycan Bayrağı" və digər döyüş orden və medalları ilə təltif olunur.

General-mayor Fikrət Məmmədov 15 may 2002-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında faciəli şəkildə həlak olur.

Lənkəranda şəhərin mərkəzi küçələrindən birinə general Fikrət Məmmədovun adı verilib. Oxuduğu şəhər 4- nömrəli hümanitar təmayüllü məktəb-lisey foyesində sərkərdənin tunc büstü ucaldılıb, doğulduğu evə isə xatirə lövhəsi vurulub.

Məzarı II Fəxri Xiyabanda yerləşir.

Femida.az

Açar sözlər: #general   #ordu   #komandir  

Oxunub: 4124