31 yaşlı kişini ürəyindən bıçaqlayan şəxs tutuldu
10:39 09 Dekabr 2019
Bakıda 31 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs saxlanılıb.
Nizami rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 638
Oxşar xəbərlər
- 31 min rüşvət alan xəstənəxana direktoru həbs olundu
- 31 yaşlı FHN əməkdaşı koronavirusdan vəfat etdi
- 31 dekabr və 1 yanvarda avtobuslar işləyəcək
- 31 obyektdə pozuntular aşkarlanıb
- 313 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 3100 təhsil müəssisəsi dezinfeksiya olunub
- 31 yaşlı deputat Kamal Cəfərov kimdir? - DOSYE
- 31 yaşlı qadın dəm qazından öldü
- 31 yaşlı qadının ölümünə görə cinayət işi açıldı
- 31 nəfər saxlanılıb - DİN məlumat yaydı