Xırdalanda partlayış olub, xəsarət alan var


11:02     09 Dekabr 2019 partlayis%20yangin.jpg

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.


FHN-dən Femida.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 747