Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri vətəndaşları qəbul edəcək


11:14     09 Dekabr 2019 2019/12/hikmet-mirzeyv_1575877534.jpg

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 13-də Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Hacıqabulda vətəndaşları qəbul edəcək.


Ali Məhkəmənin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Hacıqabul Rayon Məhkəməsində (ünvan: Hacıqabul şəhəri, H.Həmidov küç., 16) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Hacıqabul Rayon Məhkəməsində, habelə 050 245-54-85 əlaqə nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 777