Qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa keçirilib


12:55     09 Dekabr 2019 19_12_09_1575881732.jpg


Dekabrın 9-u Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Fransa səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir, dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində təşkil edilib.


Tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıb. Eyni zamanda gender bərabərliyi üzrə Fransa Ali Şurasının sabiq baş katibi Claire Guiraud və "Təmiz Dünya" Qadın təşkilatının rəhbəri Merhiban Zeynalova panellər üzrə çıxış ediblər.

Tədbirin davamı olaraq, dekabrın 9-u axşam saat 18:30-dan 20:00-dək fransız rejissoru Fredérique Bedosun "Kişi və qadın" filmi (ingilis və fransız dilində subtitrlərlə) nümayiş olunacaq.

Tədbir saat 11:00-da Landmark otel III, 22-ci mərtəbədə baş tutacaq, filmin nümayişi isə 1-ci mərtəbədə keçiriləcək.



Femida.az

Açar sözlər: #qadın   #zorakılıq  

Oxunub: 1077