Bakıdan xaricə göndərilən poçt bağlamasında narkotik aşkarlandı - FOTO
14:24 09 Dekabr 2019
Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Baş Gömrük İdarəsindən Femida.az -a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.
Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.
Oxunub: 606
Oxşar xəbərlər
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub
- Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
- Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb
- Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb
- Bakıdan regionlara dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq
- Bakıdan Moskva və Kiyevə çarter reysləri yerinə yetiriləcək
- Bakıdan Sumqayıta yeni yol çəkiləcək