Ordunun komandir heyəti toplandı
15:23 09 Dekabr 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə toplanış keçirilir.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılacaq. Toplanış zamanı iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, eləcə də atıcı silahlardan atışlar icra olunacaq.
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir