Həbsdə olan sabiq baş həkim apelyasiya şikayəti verib


15:30     09 Dekabr 2019 19_12_09_1575890913.jpg


Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının həbsdə olan sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən apelyasiya şikayəti verib.


Şikayətə Şəki Apelyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun icraatında baxılır.

Məhkəmənin baxış iclası dekabrın 12-ə təyin edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T. Kosayev 2 il azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub. / APA

Femida.az

Açar sözlər: #məhkəmə  

Oxunub: 587