Xaçmazda 5 nəfərin xəsarət aldığı qəza ilə bağlı məhkəmə başlayır
15:56 09 Dekabr 2019
Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın xəbərinə görə, cinayət işi baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Sadıqovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Gəndov-Yalama yolunun 17-ci kilometrliyində - Xaçmazın Hülövlü kəndi ərazisində baş verib. “Ford” və “VAZ 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
E.Əliyevə Cinayət Məcəlləsinin 263-1.2. (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Oxunub: 555
Oxşar xəbərlər
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda yol qəzası olub, ölən var
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Xaçmazda “TIR” kişini vuraraq öldürüb
- Xaçmazda oğul atasını qətlə yetirib
- Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib