Gəncədə ruhi xəstə avtomobil qaçırıb


16:24     09 Dekabr 2019 2019/12/5e2e8563-c467-47e3-b868-9ecc01c49ea1_1575894314.jpg

Gəncədə ruhi xəstə avtomobil qaçırıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-də Gəncə şəhəri ərazisindən Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Nizami (Gəncə) Rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 496