Baş prokuror uşaqların döyülməsini xüsusi nəzarətə götürdü


17:05     09 Dekabr 2019 zakir8v1U1qrrObp0.jpg

Baş Prokuror Zakir Qaralov azyaşlı uşaqların atası və ögey anası tərəfindən işgəncəyə məruz qalması hadisəsini nəzarətə götürüb.


Femida.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində məlumat yayıb.

E.Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb:

“Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb”.

Femida.az

Açar sözlər:

Oxunub: 593