FHN əməkdaşları Bakıda mənzildən naməlum meyit aşkarladı


17:14     09 Dekabr 2019 19_12_09_1575897343.jpg

Bakıda mənzildə naməlum meyit aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #meyit   #FHN  

Oxunub: 793