Ağdaş polisi gənclərlə görüşdü
19:47 09 Dekabr 2019
Ağdaş polisi gənclərlə görüşüb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 7 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə məktəblilərə geniş məlumat verib. Şöbə rəisi qeyd edib ki, hər bir gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini sağlam həyat tərzinə yönəltməlidir. Narkomaniya ilə mübarizənin və onun profilaktikasının bu günki gənclərin formalaşmasında, eləcə də onların sağlam böyüməsində ən mühüm amillərdən biri olduğunu vurğulayıb.
Daha sonra R.Mustafayev dini radikalizmin fəsadlarından, ona qarşı birlikdə mübarizənin vacibliyinindən danışıb. Dini radikalizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə tədbir iştirakçılarına geniş məlumat verib. Gənclərin radikal təsirlərdən qorunması üçün maarifləndirmə tədbirlərinin vacib olduğunu qeyd edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib