Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü


18:43     09 Dekabr 2019 piyada5.jpg

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 673