Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir
17:32 09 Dekabr 2019
Bu gün Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir.
Modern.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.
O bildirib ki, bundan əlavə, 3 mindən çox məktəbdə xarici dil qismində rus dili tədrisi kursları keçirilir və bu kurslarda 130 mindən çox şagird təhsil alır.
Nazir müavini əlavə edib ki, Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur:
“Biz rus dili üzrə beynəlxalq olimpiada keçiririk. Burada 650 məktəbdən 3500-dən çox şagird iştirak edir. Biz Azərbaycanda rus dilinə böyük əhəmiyyət veririk”.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM