İranın Bakıdakı səfirliyinin binasında tüstülənmə olub


17:58     09 Dekabr 2019 fhn.jpg

İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.

Femida.az-ın məlumatına görə, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 524