Bakıda avtomobil gölməçədə batıb, sürücü xilas edilib


22:00     09 Dekabr 2019 2019/12/f6963738-71af-4cf7-82eb-d7804c16e1f3_1575914518.jpg

Bakıda avtomobil gölməçədə batıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Açar sözlər:

Oxunub: 899