Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
09:37 10 Dekabr 2019
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır.
Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib.
2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.
Femida.az
Oxunub: 666
Oxşar xəbərlər
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Narkoman qadının körpəsi uşaq müəssisəsinə yerləşdirilib
- Azərbaycanda qeydiyyatda olan 33 min narkoman var
- “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib
- Narkomanlığa qarşı mübarizə hər kəsin borcudur
- "İnstaqram"da narkomaniyanı təbliğ edən meyxanaçı saxlanıldı
- Narkomaniyadan xilas olunanlar işlə təmin olunacaq
- Dini radikalizm və narkomaniya ilə bağlı tədbir keçirilib
- Polis rəisi gəncləri narkomaniyaya qarşı birləşməyə çağırdı (VİDEO)
- Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib