Yanğınla bağlı 3-cü dərəcəli çağırış elan olundu - Hadisə yerinə helikopterlər cəlb olunub (YENİLƏNDİ)


10:15     10 Dekabr 2019 2019/12/78880-1575954997_1575957736.jpg

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən Femida.az-a verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Bu barədə Femida.az-a nazirlikdən bildirilib.

Əlavə məlumat veriləcək.






Femida.az

Açar sözlər:

Oxunub: 1161