"Hər hakim ayda 100-ə yaxın işə baxır" - Elçin Qasımov


10:28     10 Dekabr 2019 19_12_10_1575966476.jpg


"İldə 1 milyona yaxın insanı məhkəmə işləri əhatə edir".

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyinin və Məhkəmə Hüquq Şurası Aparatının Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş "İnsan Hüquqlarının qorunması media" müstəvisində keçirdiyi görüşdə deyib.

O, bildirib ki, hakimlərin ağır iş yükü var:

"Hər hakim ayda 100-ə yaxın işə baxır. Prezident İlham Əliyevin 3 aprel fərmanı bizim qarşımızda Məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və şəffaflığın genişləndirilməsi tələbini qoyur".

Elçin Qasımov onu da qeyd edib ki, birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmədə tərəflər razılaşır.

"Birinci instansiya məhkəməsində baxılan mülki işlərin 85 faizində apellyasiya şikayəti verilmir. Qalan işlərdə isə apellyasiya şikayəti verilir. Birinci instansiyada baxılmış işlərin 3-4 faizindən isə kassasiya şikayəti verilir. Kassasiya məhkəmələrində isə həmin işlərlə bağlı qərarların 1 faizi ləğv edilir", - deyə idarə rəisi qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Məhkəmə   #Ədliyyə   #Hakim  

Oxunub: 4856