Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır


10:46     10 Dekabr 2019 1398947325_mehkeme.jpg

Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Tural Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, məlum hadisə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan Bislan Bakayev naməlum şəraitdə öldürülüb. Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Bislan Bakayev Rusiya vətəndaşıdır.

Açar sözlər:

Oxunub: 554