Ombudsman Baş prokurora müraciət etdi


12:54     10 Dekabr 2019 2019/12/ombudsman123_1575965003_1575968264.jpg


İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Baş prokurora müraciət edib.


Ombudsman Aparatının Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

Femida.az

Açar sözlər: #ombudsman   #başprokuror  

Oxunub: 2169