Münaqişə ocaqlarında olan valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb
12:56 10 Dekabr 2019
Bugünə qədər münaqişə ocaqlarında olan valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.
Femida.az xəbər verir ki, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda qeyd edilib.
Hesabatda bildirilib ki, ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və Iraqda saxlama mərkəzindədir. Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var.
Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq Inkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb.
Oxunub: 594
Oxşar xəbərlər
- Münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub - Prezident
- Münaqişə bitəndən Azərbaycanın 20 vətəndaşı mina partlayışında həlak olub, 85-i yaralanıb
- Münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb
- Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq - Tural Gəncəliyev