BŞİH Bakıda azyaşlıların döyülməsi faktı ilə bağlı araşdırmalara başlayıb


13:18     10 Dekabr 2019 2019/02/bsih_5_1550669754.jpg

Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar davam etdirilir.


Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Sabunçu rayonunda ögey ana ilə atanın azyaşlı uşaqlara qarşı zorakılığı törətməsi dəhşətli hadisədir: "İlk olaraq gənclər öz hüquqlarını qorumağı bacarmalıdırlar. İnsan hüquqlarının pozulması ilk olaraq ailədən başlayır. Ailədə münasibətlər necə formalaşırsa, ona uyğun addım atırılır. İnsanların hüquqlarının qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bizim ətrafımızda nə baş verirsə, ona laqeyd yanaşa bilmərik. Əgər qonşuda zorakılıq baş verərsə, qapını bərk örtüb gözlərimizi yumub, qulaqlarımızı tıxaya bilmərik. Mütləq buna reaksiya vermək lazımdır".

Femida.az

Açar sözlər:

Oxunub: 277