Ana və azyaşlı uşaqları avtomobillə vurub qaçan şəxs tutuldu


14:23     10 Dekabr 2019 19_12_10_1575973491.jpg


Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 537