Ədliyyə Nazirliyi ilə "ASAN Xidmət" birgə məhkumlara xidmət göstərib


15:06     10 Dekabr 2019 2019/12/9112e83b-7caf-4b64-8a76-8b4dd68de43f_1575976096.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir.


Dövlət Agentliyindən Femida.az- a verilən məlumata görə, cari ilin aprel ayından start verilən tədbirlər Səyyar ASAN xidmət çərçivəsində reallaşdırılır.

Bu çərçivədə penitensiar xidmət müəssisələrində çəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Bu günə qədər Bakı şəhəri üzrə 2 istintaq təcridxanası, 17 cəzaçəkmə və 1 müalicə müəssisəsi, Gəncə şəhəri üzrə 1 istintaq təcridxanası, Şəki şəhəri üzrə 1 pentensiar xidmət müəssisəsi olmaqla, ümumilikdə 1300-dən çox şəxs müvafiq xidmətdən yararlanıb.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Açar sözlər:

Oxunub: 2535