Bakıda istehsalat obyektinə basqın - Adamı maşına mindirib apardılar


15:58     10 Dekabr 2019 2019/12/ogurluq-basqin_1575979293.jpg

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qapı-pəncərə sexinə basqın olub.


Femida.az Reporta istinadən verdiyi xəbərə görə, 3 naməlum şəxs sexdə işləyən Anar Hüseynovu zorla avtomobilə mindirərək onu Suraxanı rayonuna aparıblar. Naməlum kişilər orada onu döyərək 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar.

Hadisəni törədən şəxslər axtarılır.

Femida.az

Açar sözlər:

Oxunub: 573