Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib
16:55 10 Dekabr 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə keçirilən toplanış başa çatıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazir müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılıb.
Toplanışın sonuncu günü iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib, eləcə də atıcı silahlardan atışlar icra olunub.
Femida.az
Oxunub: 509
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)