Bakıda avtobusa hücum: Sürücü döyüldü, nəqliyyat vasitəsinin şüşəsi sındırıldı


18:12     10 Dekabr 2019 19_12_10_1575983073.jpg

Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.


Femida.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.


Məlumata görə, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes-Benz”in sürücüsü avtobusun sürücüsünü döyüb, şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.

Açar sözlər:

Oxunub: 593