“Cinli Əhməd” qonşusunu öldürdü, məhkəmə qarşına çıxarıldı


20:46     10 Dekabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əhməd Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.

Hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınan Ə.Yaqubov üç uşaq atası Etibar Cavadovu bıçaqlayıb.

O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 616


Oxşar xəbərlər