Bütöv Çin Vəkillərinin Assosiasiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq sazişi imzalandı


09:09     11 Dekabr 2019 2019/12/E1EA213C-3090-4E7E-BB78-D0414C19E2D2_1576041070.jpeg

9-10 dekabr tarixlərində Çinin Quançjou şəhərində keçirilən vəkillərin beynəlxalq forumunda Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Femida.az xəbər verir ki, saziş ARVK-nın sədri Anar Bağırov və ACLA-nın sədri Vanq Junfenq tərəfindən imzalanıb.

Təntənəli tədbir çərçivəsində Anar Bağırov hər iki ölkənin vəkillər assosiasiyaları arasında əməkdaşlığın əhəmiyyəti, Çin və Azərbaycanda investorların hüquqlarının müdafiəsində vəkillərin rolu və qlobal forumun əhəmiyyəti barədə çıxış edib.

Qeyd olunmalıdır ki, imzalanma mərasimində 40-dan çox ölkənin vəkillər assosiasiyaların və Beynəlxalq Vəkillər Assosiasiyasının, Avropa Vəkillər Kollegiyaları Şurasının rəhbərləri iştirak etdiblər.

Daha sonra Anar Bağırov Çinin dövlət kanalı olan CCTV-yə müsahibə verib və mətbuat konfransında iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 948