Ağdamda partlayış: 1 nəfər yaralandı


09:16     11 Dekabr 2019 partlayış.jpg

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m²olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 557